1 C
Baku
Saturday, December 14, 2024

Bu il Azərbaycanda hasil edilmiş neftin həcmi açıqlanıb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 27,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 17,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib.

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, hesabat dövründə 21,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 20,7 milyon tona yaxını konsorsiumun, 1,2 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr 2022-ci il tarixinədək 603 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 563,5 milyon ton neft, “Şahdəniz”dən isə 39,5 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 01 noyabr tarixinədək 601 milyon tonu ixraca nəql edilib.

2022-ci ilin 10 ayı ərzində ölkədə neftin emalı 5,1 milyon ton təşkil edib.

Son xəbərlər
Digər xəbərlər