12 C
Baku
Thursday, March 28, 2024

Bu il Azərbaycanda hava yolu ilə sərnişin daşınması 68.1% artıb

Bu ilin yanvar-oktyabr aylarında hava yolu ilə sərnişin daşınmalarında 68.1%  artım müşahidə olunub. Belə ki, bu nəqliyyat yolu ilə 903.3 min sərnişin daşınıb. Daşımaların 99.4%-i dövlət, 0.6%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

DSK-dan bildirilir ki, bu dövrdə Azərbaycanda ümumilikdə 959 658 min sərnişin daşınıb. Bu da 2020-ci ilin müvafiq dövrünə  nisbətdə 5.9% azdır.

Dəmir yolu ilə daşınmalarında 14.8% artım (2 099.3 min sərnişin) olarkən, dəniz yolu ilə daşınmalarda 22.8% (14.2 min sərnişin), metro ilə daşınmalarda isə 25.5% (55 625.1 min sərnişin)  azalma olub.

DSK-nın hesabatda qeyd olunur ki, avtomobil ilə sərnişin daşınmalarında da azalma müşahidə olunub. Belə ki, hesabat dövrü ərzində 901 016.1 min sərnişin daşınb (-4.5%). Avtobusla daşınmalar 8.9% azalıb 826 845.1 minə çatdığı halda, taksi ilə daşınma 2 dəfədən çox – 206.1% artıb və 74 171 minə çatıb.

Banker.az-ın araşdırmasına görə, bu ilin yanvar-oktyabr aylarında sərnişin daşınması 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 42.6%, hava yolu ilə sərnişin daşınması 60.7%, dəmir yolu ilə 29.3%, dəniz yolu ilə 20.2%, metro ilə 71.1%, avtomobil nəqliyyatı ilə 38.9%, avtobus ilə sərnişin daşınması isə 41.5%  azalıb. Taksi ilə daşınma isə 23.8% artıb.

Son xəbərlər
Digər xəbərlər