9 C
Baku
Thursday, December 12, 2024

Bu il büdcə kəsirini maliyyələşdirmək üçün 300 mln. manatdan çox vəsait cəlb edilib

2023-cü ilin yanvar-aprel aylarında büdcə kəsirinin maliyyələşdirmə mənbələri üzrə özəlləşdirilmədən 40.3 mln. manat, borclanmadan 191.1 mln. manat, xaricdən cəlb edilən kreditlər hesabına 74.1 mln. manat olmaqla ümumilikdə 305.6 mln. manat cəlb edilib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd edək ki, büdcə profisitinin olması fonunda dövlət borclanmasının həyata keçirilməsi bir tərəfdən il sonuna doğru artan xərclərin gəlirlə qarşılana bilinməyən hissəsinin maliyyələşdirilməsinə xidmət etsə də, digər tərəfdən gələcək büdcələr üçün borca xidmətlə bağlı əlavə faiz xərclərinin formalaşmasına səbəb olacaq.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər