2 C
Baku
Saturday, December 14, 2024

Bu il Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə ilk köç olacaq

Bu il Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin vətəndaş qəbulunda məlumat verilib.

Dövlət Komitəsinin sədri Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb. Qeyd olunub ki, Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək. Qəbulda iştirak edən sakinlər doğma yurda qayıtmağa hazır olduğunu bildirib.

Həmçinin qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər