10 C
Baku
Saturday, March 2, 2024

Bu məntəqələrin nəticələri ləğv edildi – SİYAHI

Növbədənkənar parlament seçkiləri ilə bağlı iki dairə üzrə birlikdə 3 məntəqənin hesabatı Dairə Seçki Komissiyasına təqdim edilməyib.

 MSK-nın saytına istinadən xəbər verilir ki, 111 saylı Zaqatala- Balakən seçki dairəsi üzrə 2 məntəqə, 123 saylı Kəlbəcər seçki dairəsi üzrə isə 1 məntəqə hesabat verməyib. Qeyd edək ki, 111 saylı dairədə 44 məntəqə, 123 saylı dairədə isə 65 məntəqə var. Həmin məntəqələrin nəticəsi müvafiq dairə seçki komissiyaları tərəfindən ləğv edilib.

Qeyd edək ki, ilkin seçki hesabatına əsasən 111 saylı dairədən Kamilə Əliyeva, 123 saylı dairədən isə Aqil Məmmədov lider namizəddir. Hər iki dairədə lider namizəd Yeni Azərbaycan Partiyasının namizədləridir.

Son xəbərlər
Digər xəbərlər