10 C
Baku
Thursday, December 12, 2024

Bu ölkə OPEC-dən çıxmaq qərarını verdi

Reuters agentliyinin xəbər verdiyinə görə, İndoneziya OPEC təşkilatına üzvlüyünü dayandırıb. Ölkənin kvotası neft kartelinin digər iştirakçıları arasında bölüşdürüləcək. Ölkənin belə bir qərar verməsinin səbəbi isə hələlik dəqiqləşdirilməyib.

İndoneziya OEC-in tərkibinə 8 illik fasilədən sonra bu ilin əvvəlində geri dönmüşdü. Onun hasilatını gün ərzində 1 milyon barreldən bir qədər azdır ki, bu da onu təşkilat daxilində ən kiçik karbohidrogen istehsalçısı edir.

Qeyd edək ki, bu gün, yəni 30 noyabr tarixində OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə etməyə nail olub.

 

Bloomberg agentliyinin verdiyi xəbərə görə, tərəflərin gəldiyi razılığa əsasən, OPEC ölkələri neft hasilatını sutkalıq 1,2 milyon barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 milyon barrelə qədər enəcək.

Son xəbərlər
Digər xəbərlər