23 C
Baku
Tuesday, May 21, 2024

Bu ölkədə Rusiya və Belarus maşınları qadağan edildi

Latviyada Rusiya və Belarus dövlət nömrə nişanlı avtomobillərin qalması qadağan ediləcək.

Bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu qanun layihəsi ölkədə Rusiya və Belarusda qeydiyyatda olan avtomobilləri qanuni olaraq müsadirə etməyə imkan verəcək.

Qeyd edilib ki, əgər avtomobil üç ay ərzində yenidən qeydiyyata alınmasa və ya Latviya ərazisindən çıxarılmasa, nəqliyyat vasitəsinin müsadirəsi də daxil olmaqla, sanksiyalar tətbiq olunacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər