Şri-Lanka koronavirusla əlaqəli vəziyyətə görə xaricdən ölkəyə sərnişinlərin girişini 10 gün müddətinə dayandırır.
Bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
“Şri-Lankadakı bütün beynəlxalq hava limanları 21 may 2021-ci il saat 23.59-dan 31 may saat 23.59-a qədər sərnişinlərin enməsinə icazə verməyəcək”, – açıqlamada vurğulanıb.