1 C
Baku
Saturday, December 14, 2024

Bu restoranlar cərimələndi – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il noyabrın 29-da ölkə üzrə 411 ictimai iaşə obyektində 689 monitorinq keçirib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 129e, 705-ci məhəllədə yerləşən, fiziki şəxs Mehdiyev Mehman Telman oğluna məxsus çay evi;

2. Bakı şəhəri, Səbail‎ rayonu, Nizami küçəsi 42 ünvanında yerləşən, hüquqi şəxs “Mezzanıne” MMC-yə məxsus “Happy Moons” restoranı;

3. Bakı şəhəri, Pirallahı‎ rayonu, Səməd Vurğun küç., ev 67D ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Zaur Azad oğluna məxsus “Keyfiyyət” kafesi;

4. Gəncə şəhəri, N. Nərimanov pr., ev 7, m. 29 ünvanında yerləşən, fiziki şəxs Haqverdiyev Elşad Abbas oğluna məxsus “Eden” restoranı.

Son xəbərlər
Digər xəbərlər