10 C
Baku
Thursday, December 12, 2024

Bu şəxslərə dövlət zəmanətli kreditlər veriləcək

Ərzaqlıq buğda istehsalçılarına müasir suvarma sistemləri üçün dövlət zəmanətli kreditlər veriləcək.

Bu, Baş nazir Əli Əsədovun “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası”nı təsdiqləməsi ilə mümkün olub.

Qərarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına verilən kreditlər üzrə dövlət zəmanətinin verilməsinə dair məsələlərin müəyyən edilməsi nəzərdə tutulur.

Qərarın qəbulu ilə sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi təmin ediləcək.

Son xəbərlər
Digər xəbərlər