6 C
Baku
Sunday, December 15, 2024

Bu şəxslərə uşaqlara görə 355 manat müavinət veriləcək

Himayədar ailələrə verilmiş uşağın tərbiyə edilməsinə görə həmin ailələr üçün nəzərdə tutulan müavinətlər e-sistem üzərindən proaktiv qaydada təyin olunacaq.

İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Himayədar ailə” institutunun tətbiqi mexanizminin qurulması sahəsində aparılan işləri qeyd edərək bildirib ki, Himayədar ailələrlə bağlı sosial dəstək mexanizminin də tətbiq ediləcəyi bildirilib.

Həmin ailələrə himayəyə götürdükləri 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0-6 yaş arası uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat aylıq müavinət veriləcəyi diqqətə çatdırılıb. Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələrin hər rübdə bir dəfə 200 manat birdəfəlik müavinətlə də təmin ediləcəyi qeyd olunub.

 

Son xəbərlər
Digər xəbərlər