3 C
Baku
Saturday, December 14, 2024

Bu şəxslərin kreditlərinin 50 faizi bağışlanacaq

Texniki peşə təhsil müəssisələrində oxuyanlara da kreditlərin verilməsi sosial və standart olmaqla iki qaydada aparılır. Sosial həssas qrupa daxil olan tələbələrələ yanaşı, kəsiri olmayan və orta göstəriciləri 71 faizdən yuxarı olan ödənişli təhsil alanlar yararlana bilirdilər. Elə bu şərtlər peşə təhsil müəsissələrinin tələbələrinə də şamil olunur.

Texniki peşə təhsili səviyyəsində isə 5 ballıq sistem olduğuna görə aralıq qiymətinin qiymətləndirmə balı 4 və 5 olan tələbə götürdüyü kreditə görə faiz hesablanmayacaq, əgər tələbə bütün təhsil dövründə normativ təhsil müddətində qiyməti 5 olacaqsa, o zaman götürdüyü kreditin 50 faizi ona bağışlanılacaq. Standar təhsil tələbə kreditində isə aralıq qiymətləndirmə balı 5 olacaqsa həmin tələbənin kreditinə faiz hesablanmayacaq, normativ təhsil müddətində 5 ili yəni əlaçı kimi bitirəcəksə o zaman həmin tələbənin götürdüyü kreditin 25 faizi ona bağışlanacaq.

Hazırda texniki peşə təhsili üzrə 6 minə yaxın tələbə ödənişli əsaslarla təhsil alır. Onların da avqustun 5-dən fonda müraciət etmək imkanı var. Kreditdən yararlanan tələbələr 2 illik güzəşt dövrü bitdikdən sonra 10 il ərzində bərabər hissələrlə qaytara bilərlər. Növbəti illərdə kreditin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər