Yanvar ayı üzrə ÜDM-in tərkibində əlavə dəyərin real artımı, əsasən, turizm, ictimai iaşə, emal sənayesi, nəqliyyat, informasiya və rabitə sahələrində olub. Bu sektorlarda ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək dinamika qeydə alınıb.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi twitter səhifəsində məlumat verib.