Bu yoldan istifadə ilə bağlı məhdudiyyət daha 1 gün də uzadıldı

Paytaxtın Binəqədi rayonunun “Baksol” yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması müddəti noyabrın 5-i saat 23:00-dək uzadılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

MənbəQafqazinfo
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər