20 C
Baku
Friday, May 3, 2024

Bu yollarda lövhələr quraşdırılacaq – Siyahı

Ölkəmizin bütün giriş qapılarından başlayan yollara Bakı ilə yanaşı Şuşa şəhərinədək olan məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması işlərinə başlanılıb. Məqsəd ölkəmizə gələn hər bir şəxsə işğaldan azad edilmiş əraziləri tanıtmaqdır.

Layihə çərçivəsində məlumatverici lövhələr ilkin mərhələdə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Samur, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qırmızı körpü və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara sərhəd keçid məntəqələri hissəsində olan magistral avtomobil yollarında quraşdırılıb.

Banker.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, növbəti mərhələdə analoji məlumatverici lövhələrin Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi avtomobil yolunun Ağbənd, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Mazımçay, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar, Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Yalama, Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Sadıxlı sərhəd keçid məntəqələri, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı hissəsində olan avtomobil yollarına quraşdırılması nəzərdə tutulur.

yol nisanlari

yol nisani

yol nisani

yol nisani

yol nisanlari

yol nisanlari

Son xəbərlər
 ⁠
Digər xəbərlər