10 C
Baku
Thursday, December 12, 2024

Büdcə Nəzarət və Mühasibatlıq Departamentinə Menecer/ menecer müavini

Ziraat Bank Azərbaycan ASC Büdcə Nəzarət və Mühasibatlıq                                        Departamentinə

Menecer/ menecer müavini/ baş mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Yaşı – 21-30 arası;
  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • Mühasibat uçotunun aparılması haqqında biliklər;
  • Mülki Məcəllə, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Satınalmalar üzrə biliklər;
  • Kompüter bilikləri (xüsusilə Excel);
  • Banklar haqqında, Mərkəzi Bank haqqında qanun üzrə biliklər, Mərkəzi Bankın digər normativ və hüquqi sənədləri üzrə məlumat;
  • CIMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;
  • Rus, İngilis, Türk dil bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr:

  • Gündəlik balansın hazırlanması;
  • Maliyyə vəziyyəti, gəlir, xərc və digər hesabatların hazırlanması;
  • Vergilər Nazirliyinə, DSMF, Mərkəzi Bank və digər idarəetmə orqanlarına müvafiq hesabatların hazırlanması;
  • Büdcənin tərtibi və icranın yoxlanılması;
  • Mühasibat uçotu üzrə digər gündəlik tapşırıqların yerinə yetirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər oktyabr ayının 15-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində MALİYYƏ qeyd etməyiniz vacibdir.

 

 

Son xəbərlər
Digər xəbərlər