13 C
Baku
Saturday, April 27, 2024

“Bunları Putinə qarşı təhdid kimi qiymətləndirmək olar” – Lavrov

“ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinin bəzi açıqlamalarını Rusiya və ölkə Prezidenti Vladimir Putinə qarşı təhdid olaraq qiymətləndirmək olar”.

Bu fikirləri TASS-a müsahibəsində Rusiyanın XİN rəhbəri Sergey Lavrov səsləndirib.

Onun sözlərinə görə, Pentaqonun bəzi “adı açıqlanmayan rəsmi şəxsləri” faktiki olaraq Kremlə ölkə rəhbərini aradan götürməyə yönələn zərbə endirməklə bağlı təhdidlər səsləndirib: “Mahiyyət etibarilə, burada söhbət Rusiyanın dövlət başçısının fikizi olaraq aradan götürülməsi ilə bağlı təhdidlərdən gedir”.

Qeyd edək ki, sentyabrın sonunda “Newsweek” jurnalında nəşr olunan məqalədə müəlliflər hərbi mənbəyə istinadən qeyd ediblər ki, ABŞ Rusiyanın nüvə silahından istifadə etməsi halında mümkün cavab variantlarını nəzərdən keçirir. Mənbələrdən biri bu variantlar sırasında Kremlə sözügedən zərbəni endirməyi nəzərdə tutub.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər