15 C
Baku
Saturday, April 20, 2024

“Buta Airways” daha bir “Embraer E-190” təyyarəsi alıb

Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı “Buta Airways”ə məxsus yeni “Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.

Bu barədə məlumatı aviaşirkət yayıb.

Yeni təyyarə loukosterin donanmasında sayca yeddincidir və aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək. “Buta Airways”in yeni təyyarəsi Naxçıvanın bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə adlandırılıb.buta

Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb. Qarşılanma mərasiminin xüsusi qonağı işğaldan azad olunan Günnüt kəndinin sakini olub.

Son xəbərlər
Digər xəbərlər