10 C
Baku
Wednesday, December 11, 2024

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə müqayisədə 0,3 faiz bəndi yaxşılaşdırıb.

Bunu BVF-nin bu gün açıqlanan dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair yanvar hesabatından görmək olar.

Fondun analitiklərinin fikrincə, bu il dünya ÜDM-nin artım tempi 5,5 % olacaq, oktyabr proqnozunda isə bu rəqəm 5,2 % təşkil edirdi. 2022-ci ildə BVF 4,2 %-lik artım gözləyir. Analitiklərin hesablamalarına görə, keçən il dünya iqtisadiyyatı 3,5 % azalıb. Halbuki payızda ekspertlər 2020-ci ilin sonuna qlobal ÜDM-in 4,4 % azalacağını gözləyirdilər.

“Bu, 2020-ci ilin ikinci yarısında bölgələr üzrə iqtisadiyyatın bərpasının daha sürətlə getdiyini göstərir. 2021-ci il üzrə proqnozun 0,3 faiz bəndi artması bir sıra böyük iqtisadiyyatlardakı əlavə dəstək tədbirlərini və vaksinasiya ilə əlaqədar bu il ərzində iqtisadi fəallığın güclənəcəyinə dair gözləntiləri əks etdirir.

Fond ekspertlərinin proqnozlarına görə, dünya ticarətinin həcmi bu il 8,1 %, 2022-ci ildə isə 6,3 % artacaq. Dövlət gəlirlərinin artması və iqtisadi fəallığın bərpası üzrə xərclərin azaldılması səbəbindən əksər ölkələrdə büdcə kəsirlərinin azalması gözlənilir.

Son xəbərlər
Digər xəbərlər