17 C
Baku
Saturday, May 18, 2024

BVF Azərbaycanın daxil olduğu regionun büdcə proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF-IMF) 2023 və 2024-cü illər üzrə Azərbaycanın daxil olduğu Qafqaz və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin (CCA OE) makroiqtisadi göstəricilərlə bağlı proqnozunu açıqlayıb.

Fond bu il sözügedən üç ölkə -Azərbaycan, Qazaxıstan və Türkmənistanda tədiyyə balansının cari əməliyyatlar hesabının profisitini 3.1%, 2024-cü ildə isə 2.5% proqnozlaşdırıb. 2022-ci ildə bu rəqəm 8.6% təşkil edib.

BFV CCA OE ölkələri üzrə büdcə kəsirinin 2023-cü ildə ÜDM-in 1.1%-ni, 2024-cü ildə isə 0.8%-ni təşkil edəcəyini müəyyən edib. Qeyd edilib ki, 2022-ci ildə region ölkələri üzrə büdcə ÜDM-in 1.4%-i civarında profisitli olub.

Beynəlxalq Valyuta Fondu həmçinin, region ölkələrində 2025-ci ilə kimi inflyasiyanın azalacağını açıqlayıb. Bu il üzrə inflyasiya 13%, 2024-cü il üzrə 8.7% proqnozlaşdırılıb. 2022-ci ildə bu rəqəm 14.3% təşkil edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər