2 C
Baku
Saturday, December 14, 2024

BVF bu həftə Ukraynanın $1.3 milyardlıq maliyyə tələbinə baxacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) İcra Şurası cümə axşamı ( 6 oktyabr – Red) Ukraynanın təcili maliyyə yardımı üçün 1.3 milyard ABŞ dolları məbləğində tələbinə baxacaq.

Bu barədə Reuters iki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, BVF əməkdaşları lazımi sənədləri hazırlayıblar və hesab edirlər ki, Ukrayna təşkilatın tələblərini yerinə yetirmək və fövqəladə maliyyələşməyə uyğun olmaq üçün beynəlxalq tərəfdaşlarından kifayət qədər təminat alıb.

Tələb təsdiq olunarsa, vəsait BVF Direktorlar Şurasının ötən həftə təsdiq etdiyi ərzaq qiymətlərinin artması ilə üzləşən ölkələrə yardım proqramının bir hissəsi kimi təqdim ediləcək.

Agentliyin həmsöhbətlərindən biri əlavə edib ki, fondun nümayəndələri oktyabrın ortalarında Vyanada Ukrayna rəsmiləri ilə görüşərək ölkə iqtisadiyyatının inkişafı planlarını müzakirə etməlidirlər.

Mart ayında BVF-nin İcra Şurası Kiyev üçün 1.4 milyard ABŞ dollar məbləğində təcili maliyyələşdirməni təsdiqləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər