Beynəlxalq Valyuta Fondu (BVF) Gürcüstan hökumətinə 447 mln. ABŞ dolları ayıracaq.
Bunu Qurumlararası Kordinasiya Agentliyinin iclasından sonra mətbuata açıqlamasında Gürcüstanın Baş naziri Giorgi Qaxaria deyib.
Onun sözlərinə görə, BVF ilə birgə həyata keçiriləcək proqramla bağlı müzakirələr artıq başa çatdırılıb və razılıq əldə edilib. Baş nazir əlavə edib ki, ilin sonunadək Gürcüstan iqtisadiyyatına beynəlxalq donorlardan ümumilikdə, 1,5 mlrd. dollar həcmində maliyyə cəlb ediləcək: “Beynəlxalq donorlar Gürcüstanda özəl sektorun inkişafı üçün əlavə olaraq 500 mln. dollar ayırmağa hazır olduqlarını bildirir”.
©APA