23 C
Baku
Saturday, April 27, 2024

BVF Ukraynaya 880 mln. dollarlıq yeni yardım tranşını razılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) işçi səviyyəsində Ukraynaya 880 milyon dollar məbləğində yeni yardım tranşına dair razılığa gəlib, bu barədə fondun mətbuat xidməti məlumat yayıb. BVF işçiləri və Ukrayna rəsmiləri fevralın 17-dən 22-dək Varşavada saziş üzrə danışıqlar aparıblar.

Beynəlxalq təşkilatın məlumatına görə, 2023-cü ildə Ukrayna iqtisadiyyatında “müsbət dinamika müşahidə olunub”, inflyasiyanın azalması və ehtiyatlarının güclənməsi qeyd edilir. Bununla belə, BVF bildirib ki, 2024-cü il üçün perspektivlər ölkədə hərbi əməliyyatların davam etməsi səbəbindən “qeyri-müəyyən olaraq qalır”.

2023-cü ilin martında BVF Ukrayna üçün 15.6 milyard dollarlıq maliyyələşdirmə proqramını təsdiqləyib. Ukraynanın dövlət büdcəsinə 2.7 milyard dollarlıq birinci tranş ötən ilin aprelində, 890 milyon dollarlıq ikinci tranş isə iyunda daxil olub. BVF-nin hesablamalarına görə, 2024-cü ildə Kiyev donorlardan təxminən 32 milyard dollar almalıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər