26 C
Baku
Wednesday, April 24, 2024

Cənub bölgəsində torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1 000-ə yaxın hal aşkar edilib

Son 2 ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Lənkəran, Astara, Lerik, Cəlilabad, Masallı, Biləsuvar, Yardımlı rayonlarında torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1 000-ə yaxın hal aşkar edərək sənədləşdirib.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Sözügedən pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 560 inzibati protokol tərtib edilib, 261 min manat məbləğində cərimə tətbiq olub. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq icra hakimiyyətləri orqanlarına müraciətlər edilib. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin gücləndirilməsinin, təsirli tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər