8 C
Baku
Friday, December 13, 2024

Cənub Qaz Dəhlizinin genişləndirilməsi müzakirə edilib

“Bakı Enerji Forumu” çərçivəsində Avropa Komissiyasının Enerji Direktorluğunun (DG ENER) enerji siyasəti, strategiya və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə energetika naziri Pərviz Şahbazovun görüşündə Azərbaycan və Avropa İttifaqı arasında enerji dialoqunun gündəliyindəki məsələlər nəzərdən keçirilib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Söhbət zamanı  enerji dialoqunun təbii qaz, “yaşıl enerji”, hidrogenin istehsalı və ixracını əhatə edən istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Cənub Qaz Dəhlizinin genişləndirilməsinin həyata keçirilməsi üçün vahid platformada birgə əməkdaşlığın vacibliyi qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər