26 C
Baku
Friday, April 19, 2024

Cənubi Koreya ilk dəfə Ukrayna üçün ABŞ-a artilleriya mərmiləri satacaq

Cənubi Koreya Ukraynaya göndərilməsi üçün ilk dəfə ABŞ-a artilleriya mərmiləri satacaq.

Bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Bildirilib ki, bu tədarüklər Vaşinqton və Seul arasında “gizli razılaşmanın” bir hissəsi olacaq.

Razılaşmanın müddətinə dair məlumat verilməyib. Qəzetin həmsöhbətləri iddia ediblər ki, ABŞ artilleriya qurğuları üçün Ukraynaya göndəriləcək 100 minə yaxın mərmi almağı planlaşdırır.

Vaşinqtonun hesablamalarına görə, bu miqdar bir neçə həftə ərzində intensiv döyüş əməliyyatları aparmaq üçün kifayət edəcək.

Rəsmilərin fikrincə, sursatların dolayı yolla dövlətlər vasitəsilə daşınması Seula Ukraynanı silahla təmin etməmək öhdəliyi çərçivəsindən çıxmamağa imkan verir.

Eyni zamanda, Vaşinqton öz silah arsenalını xərcləməkdən yayına biləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər