Cənubi Koreya hökuməti Şimali Koreyanın raket proqramına görə 15 fərdi şəxsə və 16 təşkilata qarşı sanksiya tətbiq edəcək.
Bu barədə Cənub Koreya Xarici İşlər Nazirliyi bildirib.
“Şimali Koreyanın nüvə raket proqramının inkişafına və ya sanksiyalardan yayınmasına töhfə verən Şimali Koreyanın 15 fərdi şəxsə və 16 təşkilatına qarşı əlavə sanksiyaların tətbiqi qərara alınıb”, – deyə nazirlik qeyd edib.
Cənubi Koreya hökuməti təxminən beş ildir ki, belə məhdudiyyətlər tətbiq etməyib.