17 C
Baku
Tuesday, April 30, 2024

Cənubi Koreya və Çin liderləri arasında görüş olacaq

Cənubi Koreya prezidenti Yun Sok Yol çərşənbə axşamı İndoneziyada keçirilən iyirmilik qrupunun (G20) sammiti çərçivəsində Çin Sədri Si Cinpinlə danışıqlar aparacaq.

Bu barədə Cənubi Koreya liderinin ofisinə istinadən “Yonhap” agentliyi məlumat yayıb.

Görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq. Danışıqların təfərrüatları açıqlanmır.

G20 sammiti çərşənbə axşamı Balidə başlayır. Assosiasiyada iştirak edən ölkələrin rəhbərliyinin nümayəndələri ərzaq və enerji təhlükəsizliyi, rəqəmsal transformasiya prosesi və səhiyyə məsələləri ilə bağlı məsələləri müzakirə edəcəklər. İclas noyabrın 16-dək davam edəcək.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər