10 C
Baku
Wednesday, December 11, 2024

Cənubi Koreyanın texnologiya nəhəngi süni intellektə $75 mlrd. sərmayə qoyur

Cənubi Koreyanın yarımkeçirici istehsalçısı “SK Hynix” 2028-ci ilə qədər süni intellekt (AI) sistemləri üçün çiplərin hazırlanması və istehsalına 103 trilyon von (təxminən 75 milyard dollar) sərmayə qoymağı planlaşdırır. Bu barədə yunun 30-da “SK Hynix”in daxil olduğu “SK Group” konqlomeratının rəhbərliyi məlumat verib. “SK Group” həmçinin ümumilikdə süni intellekt sahəsindəki inkişaflara sərmayə qoymağa hazırlaşır.

Qeyd edək ki, “SK Hynix” şirkəti yarımkeçirici istehsalında Tayvanın TSMC şirkətindən sonra dünyada ikinci yerdədir. May ayında “SK Hynix” qabaqcıl AI çiplərinin 2024-cü ildə tam həcmdə satıldığını bildirib. Açıqlanan sərmayənin 80%-i (60 milyard dollar) süni intellekt sistemlərində fəal şəkildə istifadə olunan yüksək ötürmə qabiliyyətinə malik yaddaş çiplərinin hazırlanması və istehsalına xərclənəcək.

Son xəbərlər
Digər xəbərlər