Dünən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edildi. İstefaya səbəb isə səhhəti ilə bağlı problemlərin olmasıdır.
Qeyd etmək istəyirik ki, Aprel ayında Mərkəzi Bankın idarə heyətinin sədri postuna seçkinin keçirilməsi ərəfəsində, Beynəlxalq Bankın sədrinin istefası xüsusi forma almışdır. Məhz Cahangir Hacıyev Mərkəzi Bank postuna real namizədlərdən biri hesab edilirdi.
Bu məsələ onsuzda gərgin olan bank sektorunda müəyyən söz-söhbətə yol açdı. Banker.az bu məsələ ətrafında ekspert rəylərini bir araya yığmağa qərara gəlmişdir.
Ekspert Samir Əliyev isə Cahangir Hacıyevin istefa etməsini bankın problemləri ilə əlaqələndirib. Ekspert bildirir ki, “Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankın çoxlu problemləri var. Problemli kreditlərin həcmi həddindən artıq şişib. Bankın problemi devalvasiyadan sonra xüsusilə təhlükəli həddə çatıb. Görünür, Cahangir Hacıyevin istefaya göndərilməsində əsas səbəb bankın düşdüyü indiki ağır durumdur. Digər versiyam yoxdur hələki…”
Hüquqşünas Əkrəm Həsənov isə bildirir ki, Cahangir Hacıyev bir az gözləyə bilməzdi? Axı cəmiyyətdə onsuz da banklara etimad xeyli azalıb, belə xəbərlər isə təşvişi daha da artıra bilər. Qeyd edilənlər Cahangir Hacıyevin istefasının əsl səbəbi haqda müxtəlif mülahizələr irəli sürülüməsinə əsas verir. Təbii, bütün bu mülahizələr yalnız ehtimaldır.
O, xüsusilə vurğulayır ki, əsl səbəb manatın devalvasiyasıdır. Qeyd edək ki, İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.