21 C
Baku
Şənbə, May 21, 2022

Rusiya-Ukrayna müharibəsinin 19-ci günü

15:43  →”Pfizer” Rusiyadan əldə etdiyi bütün gəlirləri Ukraynaya yardım kimi bağışlayacaq

15:39  →Peskov “Facebook” və “İnstagram”ın gələcəkdə Rusiyada fəaliyyət göstərib-göstərməyəcəyi ehtimalından danışıb. Kremlin sözçüsü Facebook və Instagram-ın Rusiyaya qaytarılmasına ehtimal vermədiyini bildirib.


15:30  →Peskov deyir ki, Rusiya Çindən Ukraynadakı əməliyyatla bağlı yardım istəməyib.


15:27  →Prezident Vladimir Putin Rusiya şirkətlərinin lizinqə götürdüyü xarici təyyarələrin qeydiyyata alınmasına və uçuşa dair sertifikatların verilməsi haqqında federal qanunu imzalayıb.


15:25  →Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov, Kremlin Ramzan Kadırovun Ukraynada əməliyyat zonasına səfər etməsi ilə bağlı məlumatı yoxdur.


15:23  →İlon Mask Vladimir Putini “təkbətək döyüş”ə çağırıb.



15:46  →Rusiya prezidenti Vladimir Putin ölkədə seçki və referendumlarda məsafədən elektron səsvermənin tətbiqi üçün vahid qaydalar tətbiq edən qanunu imzalayıb.



14:40  →Rusiya-Ukrayna danışıqlarının növbəti raundu başlayıb.


 14:25  →Beynəlxalq Enerji Agentliyinin (EIA) rəhbəri Fatih Birol neft hasil edən ölkələri Ukrayna münaqişəsindən zərər çəkmiş bazarları sabitləşdirmək üçün enerji hasilatını artırmağa çağırıb. (Reuters)


 14:13 Rusiya Hindistana neft və digər əmtəələri endirimli qiymətlərlə almaq imkanı təklif edib və bu təklif Yeni Dehli tərəfindən nəzərdən keçirilir. (Reuters)


 14:04  → Latviya Müdafiə naziri Artis Pabriks bildirib ki, Latviya Türkiyənin Bayraktar TB-2 pilotsuz təyyarələrini 3-6 ay müddətinə öz hava qüvvələrində yerləşdirməsini istəyir.


 14:02  →Ural Hava Yolları Qazaxıstana uçuşların aprelin sonuna qədər ləğv edib.


 14:00  → “VKontakte” istifadəçilərə Instagram-dan bütün foto və videoları öz sosial şəbəkələrinə köçürməyə imkan verən xüsusi təklif təqdim edib.

Şirkətin mətbuat xidmətindən bildirilib.


 13:20  → “Roskosmos” amerikalı astronavtı Yerə endirəcək

“Amerikalı astronavt Mark Vande Hay martın 30-da Anton Şkaplerov və Pyotr Dubrovla birlikdə Rusiyanın “Soyuz MS-19” kosmik gəmisi vasitəsilə Yerə endiriləcək. “Roskosmos” heç vaxt tərəfdaşlarına onun etibarlılığına şübhə etmək üçün əsas verməyib”


 12:46  → Ukrayna-Rusiya danışıqlarının 4-cü raundu başlayıb


 12:25  → Ukraynada hazırkı durum:


 12:20  → Bundan sonra Ukraynadan 10 000 avrodan çox həcmdə ixrac üçün təsdiqedici sənədlər tələb olunacaq, Ukrayna Milli Bankı bildirir.


 12:01 Qərb KİV-i: Azərbaycan Türkiyə vasitəsilə Avropaya təbii qaz nəqlini artırmağa hazırlaşır. Bu barədə Energetika naziri Pərviz Şahbazov.


 11:53  → Çexiya hakimiyyəti Rusiya vətəndaşları üçün bütün vizaları (humanitar istisna olmaqla) dayandırıb.


 11:48  → İranın xarici işlər naziri “dayanmış nüvə danışıqları” ilə bağlı danışıqlar aparmaq üçün sabah Moskvaya səfər edəcək.


 11:45  → Çin Xarici İşlər Nazirliyi Rusiyanın Çindən hərbi texnika istəməsi xəbərinin ABŞ tərəfindən “dezinformasiya” olduğunu bildirib.


 11:43  →“Çerniqov Politexniki” Milli Universiteti gecə saatlarında rus ordusu tərəfindən vurulub.


 11:38  → Kiyevdə “Antonov” aviasiya zavodu yanır.


 11:06  →Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı döyüşməkdən imtina edib

Bundan öncə, Ukrayna Milli Təhlükəsizlik vəı Müdafiə Şurasının baş katibi Aleksey Danilov Belarus Ordusunun Ukraynaya hücumda iştirak etmə riskinin hələ də qaldığını söyləmişdi.


 11:05  → “Pampers” və “Fairy” istehsalçısı Rusiyada qiymətləri 40% qaldırıb


 11:04  → Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Verşinin Qərbin sanksiya qərarlarının Moskvanın gedişatını dəyişdirə bilməyəcəyini deyib.


 11:04  →Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyətə müraciət edib:

“Əgər NATO Ukrayna səmasını bağlamasa, Rusiya raketləri Alyans ölkələrinin vətəndaşlarının evlərinə də düşəcək. Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb. NATO sərhədləri oradan cəmi 20 km məsafədədir”.


 10:20  →Avstraliya Rusiyanın 33 iş adamına qarşı sanksiyalar tətbiq edib.


 09:50  →Rusiya aviaşirkətlərinin 770 təyyarəsinə uçuş qadağan edildi.


 09:30  →“Youtube” Rusiyanın Teleradio Fondunun hesabını bloklayıb.


 09:05  →“Infiniti” Rusiyaya avtomobil tədarükünü dayandırıb.


 08:38  → Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla söhbətində bildirib ki, London Ukraynanın özünümüdafiəsini gücləndirmək variantlarını axtarmağa davam edəcək.


 08:35 Rusiya Çindən hərbi texnika və digər yardımlar istəyib. Bu barədə “Financial Times” ABŞ rəsmi mənbələrinə istinadən məlumat yayıb.


 08:35  → Rusiyanın əsas nikel istehsalçısı Nornikel şirkəti logistika problemi ilə üzləşib. Beynəlxalq aviasiya reysləri ləğv edildiyi üçün şirkət istehsal etdiyi palladiumu müştərilərə çatdıra bilmir. Şirkətin açıqlamasında bildirilir ki, sanksiyalardan əvvəlki müqavilələr tam icra olunmayıb. Hazırda sifarişlərin çatdırılması üçün alternativ yollar axtarılır.


 08:26  → Ukraynada müharibədən sonra infrastrukturun bərpasına 119 milyard dollar lazım gələcək, bunu iqtisadiyyat naziri Denis Kudrin bildirir.


 08:00  → Latviya prezidenti Eqils Levits deyib ki, ABŞ ordusu daimi olaraq Şərqi Avropada olmalıdır.


 07:40  → Martın 13-də Ukrayna hərbçiləri Rusiya ordusunun dörd döyüş təyyarəsini ( Su-35, Su-34 və Su-25), üç helikopterini və bir dronunu məhv edib.


 07:01  → Rusiyaya qarşı yeni sanksiyalar martın 14-də təsdiqlənə bilər.


 05:20  → ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Çin Xarici Əlaqələr Komissiyası ofisinin direktoru, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Çzeçi Ukraynadakı vəziyyəti müzakirə etmək üçün martın 14-də Romada görüşəcəklər.


 04:30  → Çexiya Vışeqrad dördlüyünə daxil olan digər ölkələrə (Çexiya, Slovakiya, Polşa və Macarıstan – Red) Ukraynanı qeyri-rəsmi qrupa qəbul etməyə dəvət edəcək.


 03:55  → Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə növbəti danışıqlar aparıb.

 03:40  → Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Bayden və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 03:21  → Avropa İttifaqı Roman Abramoviç və digər rusiyalı biznesmenlərə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

 03:20  → Almaniyanın İqtisadiyyat naziri Robert Habek: Avropa və NATO Ukrayna ilə bağlı səhvə yol verərək onun NATO-ya üzv olmasına mane oldu

 02:52  → Volodimir Zelenski: Rusiya ilə danışıqların məqsədi effektiv zəmanətlər əldə etməkdir

 02:51 → Ukraynada 140 min insan humanitar dəhlizlə təxliyə edilib.

 02:35  → Polşa prezidenti Andjey Duda: Rusiya tərəfinin Ukraynada kütləvi qırğın silahlarından (KQS) istifadə edəcəyi təqdirdə, NATO liderləri alyansın gələcək hərəkətlərini müzakirə etməyə məcbur olacaqlar.


 02:04  → Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna hadisələri və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən qlobal maliyyə böhranının ilkin şərtlərini hələ də görmür.


 00:26  → Rusiyada “Instagram” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.


 00:16  → Rusiya və Ukrayna arasında aparılan danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir, martın 14-də ilkin nəticələrin çıxarılması üçün Moskva və Kiyev arasında danışıqlar aparılacaq.


Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Oxşar xəbərlər