Bir çoxlarını maraqlandıran suallardan biridə cari hesabın nə olmasıdır. Belə ki, cari hesab hər bir müştərinin adına açılır. Bu hesabdan pul vəsaitlərinin saxlanılması və nağdsız hesablaşmalar aparmaq üçün, pul köçürmələrinin alınması və göndərilməsi üçün istifadə edilir.
Cari hesab müştəriyə aşağıdakı imkanları verir:
- pul vəsaitlərinin saxlanılması;
- nağd pul vəsaitlərinin hesaba mədaxil edilməsi və hesabdan çıxarılması;
- istənilən məqsəd (o cümlədən, bütün növ mal və xidmətlərin dəyərinin ödənilməsi) üçün pul vəsaitlərinin köçürülməsi;
- pul köçürmələrinin alınması və göndərilməsi;
- istənilən valyutada konvertasiya əməliyyatlarının keçirilməsi;
- əmanətlər üzrə faizlərin alınması;
- ölkə qanunvericiliyində cari hesablar üçün nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi.
Cari hesab üzrə əməliyyatların aparılması şərtləri
- Cari hesab üzrə əməliyyatlar mövcud qanunvericiliyə əsasən hesabdakı qalıqlar çərçivəsində həyata keçirilir;
- Cari hesabdakı pula faiz hesablanmır;
Cari hesab açmaq üçün banka hansı sənədləri təqdim etməlisiniz?
- şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün);
- pasport (əcnəbilər üçün);
- Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və formada Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış, vətəndaşlığı olmayan şəxsin daimi qeydiyyatda olduğu digər ölkədə aldığı vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
- hərbi bilet (həqiqi hərbi xidmətdə olan şəxslər üçün);
- hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq müəyyən edilmiş formada verilən şəxsiyyət vəsiqəsi (kursantların həqiqi hərbi xidmətinin hərbi qulluqçularından başqa);
- kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş hərbi bilet.