Danimarkanın “Carlsberg Group” pivə konserni Rusiyada pivə istehsalını dayandırdığını elan edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Bizim “Carlsberg”in tərkib hissəsi olan və hökumətin hərəkətlərinə cavabdeh olmayan rusiyalı həmkarlarımız qarşısında mənəvi borcumuz var. Biz 2000-ci ildən “Baltika”nın sahibi olsaq da, biznes adi rejimdə mövcud ola bilməz”, – mesajda bildirilib.
Bundan əvvəl konsern Rusiyaya investisiyaların dayandırıldığını və törəməsi olan “Baltika” pivə istehsalı şirkətinə ixrac daşımalarının dayandırıldığını elan edib.