21 C
Baku
Thursday, April 25, 2024

“Cars24” startapı $1.8 mlrd. qiymətləndirmə ilə $450 mln. cəlb edib

Hindistanın “Cars24” startapı 1.84 milyard dollar qiymətləndirmə ilə “SoftBank” və “Tencent”dən 450 milyon dollar cəlb edib.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “TechCrunch” məlumat verib.

Bildirildiyi kimi, maliyyə raunduna “DST Global” və “Softbank Vision Fund” rəhbərlik edib. Şirkət bu vəsaiti beynəlxalq genişlənməyə xərcləməyi planlaşdırır. Hələki “Cars24” yalnız Hindistan, Avstraliya və BƏƏ-də işləyir.

Eyni zamanda investisiyalar platformadakı avtomobillərin virtual qiymətləndirilməsi vasitələrinin və avtomobil almaq üçün yeni maliyyə məhsullarının yaradılmasına sərf olunacaq.

“Cars24” 2015-ci ildə qurulub və Hindistanın 200-dən çox şəhərində işləyir. Xidmət avtomobilləri qiymətləndirir, alır, təmir edir və sonra yenidən satır. Startapın öz məlumatlarına görə, onun vasitəsilə indiyədək 400 mindən çox avtomobil və motosiklet satılıb.

Qeyd edək ki, Hindistanın avtomobil satışı bazarı 25 milyard dollar təşkil edir. Lakin mütəxəssislər tezliklə bu göstəricinin 100 milyard dollara çatacağını proqnozlaşdırırlar.

2020-ci ilin noyabrında “Cars24” 1 milyard dollar qiymətləndirmə ilə 200 milyon dollar cəlb edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər