8 C
Baku
Thursday, March 28, 2024

Çavuşoğlu: “Artıq Şimal dəhlizi alternativ olmaqdan çıxıb”

“Artıq Şimal dəhlizi logistika baxımından alternativ olmaqdan çıxıb”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə XİN rəhbəri bildirib ki, bunun üçün də artıq Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən Şərq-Qərb dəhlizi həyati dərəcədə əhəmiyyət kəsb etməyə başlayıb: “Biz də bunları dəyərləndiririk. Ötən həftələrdə Özbəkistanda Türkiyə, Özbəkistan, Azərbaycan xarici işlər nazirlər və nəqliyyat, logistika nazirlərinin toplantısını həyata keçirdik. Bu dəhlizi gücləndirməyin yollarını müzakirə etdik. Bundan öncə də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin iclası keçirildi. Ticarətin, daşınmanın asanlaşdırılması üçün yollar axtarırıq. Qarşıdakı dövrdə enerji nazirlərini də prosesə cəlb edəcəyik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər