16 C
Baku
Sunday, April 28, 2024

Çavuşoğlu: “Hərbi təyyarələr üçün hava məkanımızı bağlamışıq”

“Türkiyə beynəlxalq hüquqa uyğun şəkildə hərəkət edir. Əvvəldən bəri Rusiyanın Ukraynaya qarşı təcavüzünü qəbul etmədiyimizi bildirmişik. Bunu beynəlxalq platformalarda da söyləmişik. Digər tərəfdən, heç kəs buna “müharibə” demədiyi halda biz bunun müharibə olduğunu söyləyərək Montrö razılaşmasını tam tətbiq etdik”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində söyləyib.

“Lakin Montrö razılaşmasına görə, hava məkanını da bağlaya bilmirik. BMT sanksiyalarıdırsa, biz bunu tətbiq edərik. Ancaq digər tərəfdən, ölkələr sanksiya qərarı verib tətbiq edə bilərlər. Bununla belə, biz hər iki tərəf arasında vasitəçi rolunu oynayırıq. Bizim bu sanksiyalara qoşulmağımız düzgün olmaz. Hava məkanımızı hərbi təyyarələr üçün bağlamışıq, lakin mülki reyslər üçün bağlaya bilmərik”, – XİN başçısı vurğulayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər