16 C
Baku
Thursday, March 28, 2024

Ceff Bezos iqlim dəyişikliyi ilə mübarizəyə daha $443 mln. ayırır

Dünyanın ən varlı adamlarından biri olan Ceff Bezos keçən il 2030-cu ilə qədər iqlim dəyişikliyi ilə mübarizə üçün 10 milyard dollar ayıracağını vəd etmişdi.

Banker.az xəbər verir ki, “Forbes”un hesablamalarına görə, milyarder vəd etdiyi məbləğdən cəmi 791 milyon dollar ödəyib.

Dekabrın 6-sı məlum olub ki, Bezos “Earth Fund” fondu çərçivəsində iqlim təşkilatlarına daha 443 milyon dollar ayırmağı planlaşdırır. Bu məbləğin 130 milyon dolları prezident Co Bayden administrasiyasının iqlim dəyişikliyi ilə mübarizə və yoxsullara dəstək proqramı olan “Justice40” təşəbbüsünə ayrılacaq. Əlavə 261 milyon dollar biomüxtəlifliyin mühafizəsi üzrə qlobal strategiya layihəsinə (2030-cu ilə qədər quru və dənizin 30%-ni qənaət edəcək) yönəldiləcək. Qalan 51 milyon dollar isə ABŞ və Afrikadakı torpaqların bərpasına sərf olunacaq.

Onun iqlimlə bağlı təşəbbüslərə verdiyi ümumi ianə 1 milyard dolları keçib. Bu məbləğə (791 milyon dollardan əlavə) Obama Fonduna verdiyi 100 milyon dollar və Vaşinqtondakı Smitson İnstitutuna verdiyi 200 milyon dollar daxildir.

Dekabrın 6-da Amerikanın Forbes jurnalının məlumatına görə, Bezosun sərvəti 196,9 milyard dollar dəyərində qiymətləndirilir. O, dünyanın ən zəngin adamları siyahısında ikinci yeri (İlon Maskdan sonra) tutur.

Son xəbərlər
Digər xəbərlər