13 C
Baku
Friday, April 19, 2024

Ceff Bezos öz kosmik stansiyasını inşa edəcək

“Amazon”un qurucusu Ceff Bezosun “Blue Origin” şirkəti “Sierra Space” ilə birlikdə kosmik stansiya inşa edəcək.

Banker.az xəbər verir ki, layihə 2025-2030-cu illərdə işə salınacaq. Verilən məlumata görə, “Orbital Reef” adlanacaq bu stansiyanı alimlər və kommersiya müştəriləri ziyarət edə biləcək.

Stansiyanın inşa edilməsinə kosmik sənaye liderləri, “Boeing”, “Redwire Space”, “Genesis Engineering Solutions” və Arizona Universiteti dəstək verəcək. Milyarderin sözlərinə görə, “Orbital Reef” müştərilərə kosmik nəqliyyat, logistika və gəmi ekipajı daxil olmaqla, hərtərəfli xidmətlər təklif edən biznes-park kimi fəaliyyət göstərəcək.

“Biz kosmik stansiyanı daha əlçatan edəcəyik, xərcləri azaldacağıq və səyahətləri normallaşdırmaq üçün lazımi olan bütün şəraiti təmin edəcəyik. Dinamik biznes-ekosistem kəşflər, əyləncələr və qlobal məlumatlılıq üçün yeni imkanlar yaradacaq”, – deyə “Blue Origin” şirkətinin perspektiv inkişaf proqramları üzrə vitse-prezidenti Brent Şervud qeyd edib.

Xatırladaq ki, daha əvvəl Bezos “Blue Origin” şirkətinə iki dəfə çox vaxt sərf edəcəyini bildirmişdi. Kosmosa ilk uçuşundan sonra milyarder təkcə çərşənbə günləri deyil, çərşənbə axşamları da şirkətin layihələri üzərində işləməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər