14 C
Baku
Wednesday, April 24, 2024

Ceff Bezos təbiətin bərpası üçün 2 milyard dollar ayıracaq

Ceff Bezos təbiətin bərpası üçün 2 milyard dollar vəsait ayıracaq.

“Amazon” şirkətinin təsisçisi Ceff Bezos Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammitində (COP26) çıxış edib.

O bildirib ki, təbiəti qorumaq və qida sistemlərini dəyişdirmək üçün sahibi olduğu fonddan 2 milyard dollar vəsait ayrılacaq.

“Biz hələ də əlimizdə olanları qorumalı, itirdiklərimizi bərpa etməli və gələcək nəsillərin də yaşaması üçün planetimizi alçaltmadan yaşamalıyıq”, – deyə dünyanın ən varlı insanlarından biri olan C.Bezos qeyd edib.

O, kosmosa uçuşunu xatırladaraq bildirib ki, Yerə yuxarıdan baxanda atmosfer çox nazik, dünya məhdud və kövrək görünür. C.Bezos deyib ki, iqlim dəyişikliyi təbiətə sərmayə qoymaq üçün bizə güclü səbəb verir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər