-3 C
Baku
Sunday, December 15, 2024

Cek Dorsi bitkoinin hüquqi müdafiəsi Fondunu yaradır

“Twitter”in qurucusu Cek Dorsi bitkoinin hüquqi müdafiəsi Fondunu işə salmaq planlarından danışıb. Təşkilatın könüllüləri və hüquqşünasları bitkoin tərtibatçılarına hüquqi dəstək verəcəklər.

Açıqlamaya görə, “Chaincode Labs”ın həmtəsisçisi Aleks Morkos və Sasseks Universitetinin professoru Martin Uayt da fondda iştirak edəcək. Məktubda deyilir ki, Dorsi fondunun yaradılmasına müstəqil tərtibatçıların getdikcə daha çox məhkəmə çəkişmələrinə məruz qalması və özlərini müdafiə edə bilməməsi səbəb olub.

“Əksər tərtibatçılar rəsmi mühafizənin olmaması səbəbindən tez təslim olurlar. Biz isə əlaqələndirilmiş hüquqi dəstək təklif edirik”, – deyə məktubda bildirilib.

Hələlik təşkilat bütün maliyyə xərclərini öz üzərinə götürür, baxmayaraq ki, gələcəkdə əlavə kapital tələb oluna bilər. Bu məsələlər fondun idarə heyəti tərəfindən həll ediləcək.

Təşkilatın himayəsi altına düşən ilk şəxslər İra Kleyman, Kreyq Rayt və onun həyat yoldaşının bitkoinləri oğurlamaqda ittiham etdiyi digər tərtibatçılar olacaq. Keçən ilin aprelində Raytın həyat yoldaşı Ramona Ang onlara qarşı iddia qaldırıb.

Son xəbərlər
Digər xəbərlər