15 C
Baku
Friday, March 29, 2024

Cek Dorsinin “Square” şirkəti adını dəyişib

Amerikanın ödəniş şirkəti “Square” bundan sonra “Block” adlandırılacaq.

Banker.az xəbər verir ki, şirkət rebrendinqini blokçeyn texnologiyaları sahəsində inkişafını əks etdirmək istəyi ilə izah edir. Rebrendinq “Square”nin baş direktoru Cek Dorsi “Twitter”in CEO-su vəzifəsindən getməsindən sonra baş verib.

Şirkət Nyu-York Fond Birjasında “SQ” tikerini dəyişdirməyi hələ planlamır. Dekabrın 10-da şirkətin hüquqi şəxsin adını dəyişəcəyi gözlənilir.

Bildirildiyi kimi, “Square” platforması indiki adı ilə fəaliyyətini davam etdirəcək, digər məhsullar (xüsusilə, “Cash App” və “Tidal”) da öz adlarını saxlayacaq. Rebrendinqlə bağlı press-relizdə “Block” öz bölmələrini biznesini təşkil edən kərpiclərlə müqayisə edir.

Noyabrın 29-da Cek Dorsi “Twitter”dən ayrıldığını açıqlayıb, onun yerinə texniki direktor Paraq Aqraval gəlib. Cənab Dorsi 2022-ci ildə səlahiyyət müddəti başa çatana qədər “Twitter”in direktorlar şurasının üzvü olaraq qalacaq. 2020-ci ildə “Elliott Management” investisiya fondu “Twitter” və “Square”in CEO-sunu bu vəzifələrdən birindən istefa verməyə çağırıb, çünki Cek Dorsinin eyni anda iki şirkətə rəhbərlik etməsini qeyri-mümkün hesab edib.

Son xəbərlər
Digər xəbərlər