21 C
Baku
Thursday, April 25, 2024

Cek Ma-nın maliyyə şirkəti dünyanın nəhəng bankından bahadır

Alipay ödəniş sistemi 2004-cü ildə Alibaba Group Holding Ltd. istehlakçılarına internetdən rahat və sürətli alış-veriş etmək imkanı qazandırmaq üçün yaradılmışdı. Hazırda həmin şirkətin törəmə şirkətinin dəyəri 75 milyard dollar təşkil edir ki, bu da Amerikanın nəhəng investisiya şirkəti olan Goldman Sachs Group Inc.-i geridə qoyur. Goldman Sachs bankının bazar dəyəri bu bazar ertəsi günü 70 milyard dollar təşkil edirdi.

Bu nəticəyə Hongkonqda internet və telekommunikasiya sahəsində araşdırma aparan CLSA şirkətinin tədqiqatlarına rəhbərlik edən Elinor Lionq gəlmişdir.

Lionq iddia edir ki, ANT Financial şirkətinin gəlirinin böyük hissəsi Alipay-in öhdəsinə düşür. Alipay isə Çində ən populyar ödəniş sistemidir. Onun dəyəri 50 milyard dollar olaraq qiymətləndirilir.

Şirkətin dəyəri növbəti iki il ərzində 100 milyard dollara çata bilər. Bununla yanaşı, qiymətləndirmə sığorta, kredit skorinqi kimi amilləri hesaba almır.

Ant Financial şirkəti növbəti ilin ilk yarısında Hongkonqda İPO (səhmlərin ilkin yerləşdirilməsi) həyata keçirməyi planlaşdırır.

Əvvəllər verilən məlumatlara görə, Çinin nəhəng e-commerce şirkətinin maliyyə göstəriciləri analitiklərin gözləntilərini qat-qat üstələyib. Mobil ticarət inkişaf edir, səhmlər artır, müştərilərin sayı isə günbəgün artır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər