“Alibaba” şirkətinin qurucusu Cek Manın sərvəti cümə axşamı günü 3.6 milyard dollar (5.87%) azalıb.
Banker.az xəbər verir ki, bu barədə real vaxt rejimində yenilənən “Forbes Real-Time” yazıb. Qeyd edək ki, Çin milyarderi 24 dekabrda bütün milyarderlər arasında rekord qırıb.
Cümə axşamı hərracların bağlanması zamanı Manın sərvəti 57.3 milyard dollar olub və o, Çinin ən zəngin adamları sırasında ikinci yerə düşüb.
Xatırladaq ki, cümə axşamı Nasdaq birjasında “Alibaba” səhmləri 13.34% düşüb və bir səhm başına 222 dollar dəyərinə çatıb. “MarketWatch” bildirir ki, Çin korporasiyası üçün bu minimum qiymətdir.
Ekspertlərin sözlərinə görə, son bir neçə ayda Cek Manın imperiyası böhran rejimindədir. Belə ki, noyabrın 3-də Çin hökuməti “Ant Group”un IPO prosesini təxirə salmaq qərarını verib. Tənzimləyicilərin fikrincə, bu şirkət bir sıra tələbələrə uyğun gəlmir.
Bu uğursuzluqdan sonra Ma hələki heç bir açıqlama verməyib. Çin hökuməti milyarderə ölkə ərazisini tərk etməməyi tövsiyə edib.