3 C
Baku
Saturday, December 14, 2024

Çex Mərkəzi Bankı da kəskin faiz artımına gedərək “faiz qaldıranlar klubu”na qoşulur

Çex Xalq Bankı (Mərkəzi Bank – CNB) uçot faiz dərəcəsini gözlənilmədən 125 baza bəndi (1.25%) qaldırıb.

Bu barədə Banker.az Mərkəzi Bankın rəsmi internet səhifəsinə istinadən xəbər verir.

İnflyasiyanın yüksəlməsinini cilovlamaq üçün uçot faiz dərəcəsi, yaxud iki həftəlik repo faizini 5.75%-dən 7%-ə qədər qaldırıb. Hansı ki, bazar buna hazır deyildi və faizlərin 6.75%-ə qədər yüksələcəyini gözləyirdi.

İyun ayının 10-da açıqlanan illik inflyasiya yanvar-may aylarına 16% təşkil edib. Bu da ölkənin son 40 illik tarixində maksimal göstəricidir.

Milli valyuta krona (CZK) ABŞ dollarına qarşı müharibədən sonra yenidən ucuzlaşıb. 1 dollar 23.5 kronadır, bu da ilin əvvəlindən 10%-ə yaxın onun devalvasiyasıdır.

Qeyd edək ki, son 10 ildə USD/CZK məzənnəsi ən yüksək həddi 2020-ci ildə olmuşdu. Həmin zaman 1 dollar 26 krona çatmışdı.

Hazıra faizləri qaldıran mərkəzi banklar:

Hindistan Ehtiyat Bankı,
ABŞ FED-i,
İngiltərə Bankı,
Kanada Mərkəzi Bankı,
Avstraliya Ehtiyat Bankı
Yeni Zelandiya Ehtiyat Bankı,
BƏƏ Mərkəzi Bankı,
İsveçrə Mərkəzi Bankı (gözlənilmədən),
Polşa Milli Bankı.

1234343509876543234567

 

Son xəbərlər
Digər xəbərlər