15 C
Baku
Friday, April 26, 2024

Charlie Hebdo jurnalının yeni nömrəsi redaksiyaya €10 milyondan çox gəlir gətirib

Le Figaro nəşrinə istinadən verilən məlumata görə, Fransanın satirik jurnalının redaksiyası özünün yeni nömrəsinin satışından və abunəlik qeydiyyatından 10 milyon avrodan çox gəlir əldə edib.

Bu məbləğə həmçinin terror aktından sonra 10 minlərlə insanın redaksiyaya göndərdiyi vəsaitlər də daxildir.

Yeni nömrənin ilk olaraq milyon nümunədə buraxılması nəzərdə tutulsa da, daha sonradan tirajın sayı artırılmış və son nəticədə Fransa mətbuatı üçün rekord  hədd olan 5 milyon nümunəyə çatmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər