15 C
Baku
Saturday, April 27, 2024

“ChatGPT” nədir və ondan necə istifadə etmək olar? – Təlimat

2022-ci ilin noyabr ayının sonunda təsisçilərindən biri İlon Mask olan “OpenAI” şirkəti ChatGPT çat-botunu təqdim edib. O, müxtəlif vəzifələri yerinə yetirməyə qadirdir və hər kəs üçün əlçatandır.

ChatGPT nədir?

ChatGPT – dialoq qura, kodda səhvlər tapa, şeir və ssenarilər yaza və hətta mübahisə edə bilən çat-botdur.

“Bloomberg”in analitiklərinin fikrincə, ChatGPT digər neyron şəbəkələrdən müxtəlif sahələrdən olan tapşırıqları yerinə yetirmək qabiliyyətinə görə fərqlənir. Neyroşəbəkə maliyyə təhlili apara, texniki məqalələrin və ya elmi konsepsiyaların xülasəsini edə, proqnozlar, şəxsi məsləhətlər və istənilən suallara cavablar tapa bilir.

ChatGPT: puluz, yoxsa abunə ilə?

Neyron şəbəkədən pulsuz istifadə etmək olar, bunun üçün “OpenAI” saytında qeydiyyatdan keçmək lazımdır. Qeyd edək ki, ChatGPT Plus hazırda yalnız ABŞ sakinləri üçün əlçatandır. Buna baxmayaraq, komanda yaxın gələcəkdə digər ölkələrə və bölgələrə çıxışı genişləndirməyi planlaşdırır.

ChatGPT nələri bacarır?

– Kod yazmağı. Çat-bot əməliyyat və ya prosesi necə yerinə yetirə biləcəyinizi təklif edir, həmçinin səhvləri axtarıb tapır və kodu bir proqramlaşdırma dilindən digərinə çevirir.

756715333676075

– Mürəkkəb suallara cavab verməyi. İstifadəçilərin müşahidələrinə görə, cavabların keyfiyyəti “Google” axtarışından daha yüksəkdir.

756715333722546

– Ssenarilər yazmağı. ChatGPT ilə siz köhnə serialların yeni epizodlarını yarada və ya  qəhrəmanlar üçün xüsusi tapşırıqlar təyin edə bilərsiniz.

756715333757784

– Mahnı sözləri və notlar yazmağı. 

756715333800491

– Tibbi məsləhətlər verməyi. ChatGPT sizə baş ağrısı və ya allergiya olduqda nə etməli olduğunuzu deyir, lakin sonra həkimə müraciət etməyi məsləhət görür.

756715333839331

– Planlar qurmağı və hesablamalar aparmağı. ChatGPT sizə ümumi gündəlik kalori qəbulunuzu hesablamağa və ya fərdiləşdirilmiş yemək planı yaratmağa kömək edə bilər.

756715333875425

– İnşalar və esselər yazmağı. 

756715333932663

– Digər neyron şəbəkələr üçün sorğular yaratmağı. 

756715333966527

ChatGPT: istifadə qaydaları

Çat-botun onunla işləyərkən nəzərə alınmalı olan məhdudiyyətləri var. Məsələn:

– ChatGPT bəzən inandırıcı səslənən, lakin səhv və ya mənasız cavablar verir. Bu səbəbdən “Stack Overflow” IT forumunun administrasiyası platformaya çat-botun verdiyi cavabların yerləşdirilməsini müvəqqəti olaraq qadağan edib;

– ChatGPT aydınlaşdırıcı suallar vermir və sadəcə istifadəçinin nə demək istədiyini təxmin edir;

– süni intellekt hələki 2021-ci ildən sonrakı dünya haqqında “məhdud biliyə” malikdir və konkret insanlar və hadisələrlə bağlı suallara cavab verməkdən yayınmağa çalışır.

ChatGPT ətrafında mübahisələr

ChatGPT-nin əleyhdarları hesab edirlər ki, o, müəllif hüquqlarının pozulması ilə bağlı bir çox qanuni presedentlər yaradacaq, çünki yeni məzmun (kontent) yaratmır.

Süni intellekt tərəfdarları isə deyirlər ki, ChatGPT bir çox proseslərdə inqilab edəcək. Məsələn, öyrənməyə yanaşmaya təsir göstərəcək, çünki təhsil müəssisələri ənənəvi inşaları nə ilə əvəz edəcəklərini düşünməli olacaqlar.

Bundan əlavə, yeni texnologiya “Google” kimi ənənəvi axtarış sistemlərini bazardan kənarlaşdıra bilər. Belə ki, ChatGPT-nin potensialı şirkətlərin biznes modellərindən asılı olan bütün müasir axtarış sistemlərindən daha genişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər