Çin ABŞ-ı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb

Çin və ABŞ bir-birinə hörmət etməlidir və təkcə daxili problemlərin həlli ilə məşğul olmalı deyil, həm də beynəlxalq öhdəlikləri yerinə yetirməlidir.

Banker.az xəbər verir ki, bunu ÇXR-in sədri Si Tsinpin ABŞ prezidenti Co Baydenlə keçirilən virtual sammitdə deyib.

“Çin və ABŞ bir-birinə hörmət etməlidir, sülh içində yaşamalıdır və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməlidir”, – deyə Si Tsinpin qeyd edib.

Xatırladaq ki, daha əvvəl Çin lideri Si Tsinpinlə ABŞ prezidenti Co Bayden arasında virtual görüşün başladığı bildirilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər