2020-ci ilin nəticələrinə görə, xarici investisiyaların ümumi həcmi 42% azalaraq 1.489 trilyon dollardan 859 milyard dollara düşüb.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında deyilir.
Bununla yanaşı, ən çox xarici birbaşa investisiya cəlb edən ölkə Çin olub – 2019-cu illə müqayisədə bu göstərici 4% artaraq 163 milyard dollara çatıb. Nəticədə, Çin dünyanın əsas “investisiya hədəfi”nə çevrilib. “Forbes” qeyd edir ki, bu ilk dəfədir baş verir.
“BBC” ABŞ iqtisadiyyatına birbaşa xarici investisiyalar axınının 2016-cı ildə (472 milyard dollar) pik həddə çatdığını, lakin o vaxtdan bəri hər il azaldığını qeyd edir. Çinə birbaşa xarici investisiyalar 2016-cı ildə 134 milyard dollar təşkil edib.
UNCTAD-a görə, 2020-ci ildə birbaşa xarici investisiyalar sahəsində ən böyük azalma Avropa ölkələrində müşahidə edilib – 69%. Hesabatda keçid iqtisadiyyatı olan ölkələrdə sıfırdan başladılan layihələrin həcminin (greenfield project) 19 milyard dollar azaldığını bildirir. Bu baxımdan ən böyük geriləmə Qazaxıstanda (-86%) və Rusiyada (-68%). olub.