9 C
Baku
Thursday, December 12, 2024

Çin ABŞ ilə Tayvanın “sövdələşməsinə” cavab olaraq növbəti təlimlərə başlayıb

Çin silahlı qüvvələri Tayvan adası ətrafında dənizdə və hava məkanında təlimlərə başlayıb. ÇXR Müdafiə Nazirliyi bildirib ki, manevrlər “Taypey və Vaşinqton arasında sövdələşməyə cavab olaraq” həyata keçirilib. Dünən, avqustun 14-də ABŞ konqresmenləri Tayvana səfər ediblər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Təlimlərin başlanmasını Çin Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Şərq Bölgəsinin nümayəndəsi Şi Yi elan edib. O, manevrlərin məqsədini “döyüş hazırlığının artırılması” adlandırıb.

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Tsian bildirib ki, Çin ordusu “zərurət yaranarsa, Tayvanda istənilən formada separatizm və kənar müdaxiləni qətiyyətlə yatırmaq” üçün təlimləri davam etdirir.

Çin hakimiyyəti Tayvanı öz ərazisi hesab edir. Pekin və Vaşinqton arasında münasibətlər ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqust ayında Çinin etirazlarına baxmayaraq adaya səfərindən sonra pisləşib. Çin hökuməti bildirib ki, konqresmenlərin Tayvana səfəri “odla oynamaq kimi təhlükəli bir hərəkətdir”.

Son xəbərlər
Digər xəbərlər