6 C
Baku
Monday, December 16, 2024

Çin G20 sammitindən gözləntilərini açıqlayıb

Çin hökuməti ümid edir ki, İndoneziyada keçiriləcək İyirmilik Qrupu (G20) sammiti qlobal ərzaq və enerji təhlükəsizliyinə töhfə verəcək.

Bunu Çinin xarici işlər nazirinin müavini Ma Çjaosyuy Pekində Çin Kommunist Partiyasının 20-ci qurultayında keçirilən mətbuat konfransında deyib.

“Biz sammitin pandemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirəcəyini, qlobal iqtisadiyyatın bərpasına töhfə verəcəyini, qlobal ərzaq və enerji təhlükəsizliyinin qorunmasında müsbət və konstruktiv rol oynayacağını gözləyirik”-deyə, o bildirib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin sammitdə iştirak edəcəkmi sualını XİN rəsmisi belə cavablandırıb: “Çin rəsmilərinin sammitində iştirakı ilə bağlı biz lazımi vaxtda məlumat verəcəyik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər